UEFA prezidentindən Klublararası dünya çempionatını boykot etməyə çağırış - qalmaqal böyüyür

23:47 - 3 Avqust 2026

Avropa klubları FIFA prezidenti Gianni İnfantino ətrafında yaranan qalmaqal fonunda Klublararası Dünya Çempionatını boykot edə bilər.

Sportal.az xəbər verir ki, ötən həftə FİFA-nın turnirin kommersiya hüquqlarının satışı üçün "FIFA Forward Enterprise" (FFE) adlı yeni kommersiya qurumu yaratmağı planlaşdırdığı məlum olmuşdu. Daha sonra isə İnfantino futbol konfederasiyalarının tənqidləri və UEFA-ya üzv ölkələrin mümkün boykot təhlükəsi fonunda bu ideyadan imtina edib.

Aleksander Çeferin və Avropa Klublar Assosiasiyasının (ECA) sədri Nasser Al-Xəlafi vəziyyəti 12 avqust tarixində PSJ ilə "Aston Villa" arasında keçiriləcək UEFA Superkuboku oyunu zamanı müzakirə edəcəklər. Əl-Xəlaifi eyni zamanda PSJ-nin prezidentidir.

Məlumata əsasən, Çeferin İnfantinonun vəzifəsindən getməyəcəyi təqdirdə ECA və onun üzvü olan klubların 2029-cu il Klublararası dünya çempionatını boykot etməsini istəyir. Lakin bunun reallaşması üçün assosiasiyaya üzv olan 850-dən çox klubun dəstəyi tələb olunur.

Xəbər xətti