PSJ İtaliya klubuna 33 milyon avroluq təklif göndərdi

17:19 - 3 Avqust 2026

"Parma"nın qapıçısı Zion Sudzuki karyerasını Fransada davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, PSJ yaponiyalı qolkiperi transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Liqa 1 nəhəngi Sudzuki üçün İtaliya klubuna 33 milyon avroluq təklif göndərib. 23 yaşlı "əlcək sahibi" PSJ-yə keçməyə isti yanaşır.

Qeyd edək ki, "Parma" Zion Sudzukini 2024-cü ilin yayında "​Sint-Truyden"dən 8,2 milyon avroya transfer edib. Yaponiya millisinin üzvü 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 30 qol buraxıb.

Xəbər xətti