"İcarədə çıxış edən futbolçularla bağlı gələcəkdə nə baş verəcəyini heç vaxt əvvəlcədən bilmirsən" - Flik

23:29 - 2 Avqust 2026

Hansi Flik icarə müddəti başa çatdıqdan sonra Markus Reşfordun "Mançester Yunayted"ə qayıtması barədə danışıb.

Sportal.az xəbər verir ki, "Barselona"nın baş məşqçisi öz açıqlamasında bunları qeyd edib:

“Heç vaxt icarədə olan futbolçularla bağlı nələrin baş verəcəyini bilmirsən. Bizim vəziyyətimizdə belə məsələləri həll etmək asan deyil.

Rəşfordla işləməkdən böyük zövq aldım. O, möhtəşəm futbolçu və əla insandır. Komanda onun üçün darıxacaq, mən də elə, amma həyat belədir.

Biz bunu qəbul etməliyik. Nəticədə komandamıza Antoni Qordon qoşuldu. Onunla ilk söhbətimizdən hiss etdim ki, ‘Barselona’da oynamağı nə qədər çox istəyir. İndi onun komandamızda olmasına çox şadam".

Xəbər xətti