"Qalatasaray" Fransa klubu ilə danışıqlara başladı

11:50 - 1 Avqust 2026

"Strasbur"un yarımmüdafiəçisi Xulio Enkiso karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" paraqvaylı futbolçunun xidmətində  maraqlıdır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Enkiso üçün Fransa klubu ilə danışıqlara başlayıb. "Qalatasaray" 22 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 15 milyon avroluq satınalma bəndi ilə icarəyə götürmək təklifi göndərib.

Qeyd edək ki, Paraqvay millisinin üzvü olan Xulio Enkiso 2025/26 mövsümündə "Strasbur"un heyətində meydana çıxdığı 42 rəsmi matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti