Milli komandanın yeni baş məşqçisi açıqlandı

19:14 - 31 İyul 2026

Çexiya milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Avropa təmsilçisini Santi Denia çalışdıracaq. Bu barədə yerli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

İspaniyalı mütəxəssislə 2028-ci ilin 31 iyul tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Santi Denia son olaraq Qətərin "Əl-Şahaniya" klubunu çalışdırıb. 52 yaşlı məşqçi Çexiya yığmasında Miroslav Kubeki əvəz edib.

Xəbər xətti