Dopinq istifadə etdiyi üçün 4 il müddətinə futboldan uzaqlaşdırılan Mixaylo Mudrikin cəzası ləğv edilib.
Sportal.az xəbər verir ki, bu barədə futbolçunun formasını geyindiyi "Çelsi" klubu məlumat yayıb.
Ukraynalı vinger artıq yaşıl meydanlara qayıda biləcək. Mudrik komanda ilə birlikdə təlim-məşq toplanışı üçün Honkonqa yollanacaq. Artıq oyun yeni mövsümdə meydana çıxması üçün heç bir maneə qalmayıb.
Qeyd edək ki, "Çelsi" Mixaylo Mudriki 2023-cü ilin yanvarında "Şaxtyor"dan 70 milyon avroya transfer edib. 25 yaşlı oyunçu 2024-cü ilin dekabrında antidopinq qaydalarını pozduğu üçün futboldan uzaqlaşdırılmışdı.
saytlarin hazirlanmasi
