"İnter" yeni transferini açıqladı

09:35 - 31 İyul 2026

İngiltərə millisinin üzvü, "Mançester Siti"dən ayrılan Con Stounz İtaliyada oynayacaq.

Sportal.az xəbər verir ki, ingilis müdafiəçi "İnter"lə razılaşıb.

Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Stounz 2016-2026-ı illərdə “Mançester Siti”də forma geyinib.

Xəbər xətti