"İnamımız sayəsində "Qarabağ"ı üstələməliyik, biz onlardan qorxmuruq" - ÇSKA-nın keçmiş prezidenti

12:36 - 30 İyul 2026

ÇSKA (Sofiya) klubunun və Bolqarıstan Futbol İttifaqının keçmiş prezidenti Valentin Mihov Sofiyada ÇSKA və “Qarabağ” klubları arasında baş tutacaq Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşü barədə danışıb. 

Sportal.az "Tosport.bg" portalına istinadən xəbər verir ki, təcrübəli futbol adamı ÇSKA-nın uğurlu nəticə qazanacağına inandığını bildirib:

"Qarabağ" yaxşı komandadır. Məncə, ÇSKA onları Bakıda üstələyə bildi. Bu cür yaxşı oyunu davam etdirib, ən azı bir və ya iki qol vurmalıyıq. Emosiyalar bizim düşmənimizdir. Xarakter göstərməliyik. Biz ÇSKA klubuyuq və rəqibdən qorxmuruq. Bu gün oyunçularımız meydana çıxmalı, güzəştə getməməli və özlərinə inanmalıdırlar. Biz öz inamımızla “Qarabağ”ı üstələməliyik. Cümə axşamı mütləq qalib gəlməli olduğumuz gündür".
 

Xəbər xətti