"Sabah"dan İsveçrə klubuna 3 milyon avroluq transfer - SON DƏQİQƏ

17:05 - 28 İyul 2026

"Sabah"ın futbolçusu Aron Maluda karyerasını İsveçrədə davam etdirəcək.

Sportal.az xəbər verir ki, bu barədə nüfuzlu "L'Équipe" nəşri məlumat yayıb.

Xəbərdə artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. Azərbaycan çempionu fransalı vingerin satışından 2,8 milyon İsveçrə frankı (təxminən 3 milyon avro) gəlir əldə edəcək.

Qeyd edək ki, Aron Maluda 2025-ci ilin yayında "Lill"dən "Sabah"a keçib. 20 yaşlı futbolçu Masazır təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti