Millimizin üzvü Toral Bayramovun çıxış etdiyi “Bursaspor” Ukrayna təmsilçisi “Şaxtyor”la qarşılaşıb.
Sportal.az xəbər verir ki, Donetsk təmsilçisinə qarşı baş tutan yoxlama görüşündə hesab açılmayıb.
Bursa şəhər stadionunda baş tutan qarşılaşmada Toral start heyətdə başlayıb. O, 46-cı dəqiqədə Barış Göklə əvəzlənib.
Qeyd edək ki, Toral Bayramov ötən ay “Qarabağ”dan “Bursaspor”a transfer olunub.
saytlarin hazirlanmasi
