İtaliya Futbol Federasiyası Pirlo ilə anlaşdı

18:41 - 24 İyul 2026

İtaliya milli komandasının yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Sportal.az xəbər verir ki, federasiya Andrea Pirlo ilə anlaşıb. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

47 yaşlı mütəxəssislə 2030-cu ildə keçiriləcək dünya çempionatının sonuna kimi nəzərdə tutulan müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Andrea Pirlo hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Yunayted" klubunu çalışdırır.

Xəbər xətti