ÇSKA-nın müdafiəçisi: "Qarabağ"a qarşı evdəki oyun çox gərgin olacaq"

14:35 - 24 İyul 2026

Bolqarıstan ÇSKA(Sofiya) klubunun müdafiəçisi Teodor İvanov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Bakıda “Qarabağ”la 0:0 hesablı heç-heçə ilə bağlı Sportal.az saytına açıqlama verib.

Bolqar müdafiəçi Sofiyada keçiriləcək görüşdə istədikləri nəticəyə çatacaqlarına inandığını dilə gətirib:

“Biz "Qarabağ" kimi güclü rəqibə qarşı yaxşı futbol oynadıq. Azərbaycan komandasının sürətli və bacarıqlı oyunçuları var. Onları saxlamaq çətin idi, amma bacardıq. Ümid edirəm ki, cavab oyununda da eyni şeyi edə biləcəyik. Cavab görüşü çox gərgin olacaq. Hər iki komanda üçün çətin alınacaq. Amma evdə azarkeşlərimiz bizim tərəfimizdə olacaq. Əminəm ki, stadion dolu olacaq. Qələbə qazanmaq və azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Xəbər xətti