"Barselona"nın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Frenki De Yonq sıradan çıxıb. Bu barədə oyunçu özü paylaşım edib.
Niderland millisinin üzvünün diz bağlarında yırtıq aşkarlanıb. 29 yaşlı futbolçu 2026-cı il başa çatanadək meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Frenki De Yonq 2025/26 mövsümündə "Barselona"nın heyətində meydana çıxdığı 38 rəsmi matçda 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
