"Neftçi" Varqasla müqavilənin detallarını açıqladı

16:42 - 22 İyul 2026

Freddi Varqas artıq rəsmən “Neftçi”nin üzvüdür.

Sportal.az xəbər verir ki, anlaşmaya əsasən, Venesuela milli komandasının futbolçusu 2+1 il ərzində "ağ-qaralar"ın formasını geyinəcək.

Qeyd edək ki, Varqas 2025-ci ilin yayında İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub.


Xəbər xətti