Belçika milli komandasının baş məşqçisi Rudi Qarsiya ilə yollar ayrılıb.
Sportal.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Tərəflər iyulun 31-də başa çatan müqaviləni yeniləməmək qərarına gəliblər.
Qeyd edək ki, Rudi Qarsiya ötən ilin fevralından Belçika yığmasına rəhbərlik edirdi. "Qırmızı şeytanlar" fransalı mütəxəssisin rəhbərliyi altında DÇ-2026-nın 1/4 finalına qədər irəliləyiblər. Komanda bu mərhələdə İspaniyaya məğlub olub.
saytlarin hazirlanmasi
