Dünya çempionatı tarixində final oyununa çıxan ən gənc 3-cü oyunçu

23:09 - 19 İyul 2026

Lamine Yamal futbol üzrə dünya çempionatları tarixində final oyununda iştirak edən ən gənc futbolçular arasında ilk üçlüyə daxil olub.

Sportal.az xəbər verir ki, İspaniya millisinin cinah oyunçusu DÇ-2026-nın finalında Argentina yığması ilə oyuna start heyətində çıxıb. O, 19 yaş 6 günlük olarkən dünya çempionatı finalında oynayan tarixdə üçüncü ən gənc futbolçu olub.

Bu göstəricidə yalnız iki futbolçu ondan daha gənc yaşda finalda meydana çıxıb:

Pele – 1958-ci ildə 17 yaş 249 günlük.

Cuzeppe Berqomi – 1982-ci ildə 18 yaş 201 günlük.

Maraqlıdır ki, həm Pele, həm də Berqomi həmin finallarda milliləri ilə dünya çempionu olublar.

Bundan başqa, Lamine Yamal və Pau Kubarsí dünya çempionatı finallarında start heyətində meydana çıxan ən gənc futbolçular siyahısında müvafiq olaraq 4-cü və 5-ci yerləri tuturlar. Onlardan əvvəl yalnız Pele, Berqomi və Kilian Mbappe 20 yaşına çatmamış dünya çempionatının finalında start heyətində yer alıblar.

Xəbər xətti