"Qalatasaray" və "Mançester Yunayted" eyni futbolçunu istəyir

18:22 - 19 İyul 2026

Niderland millisinin və “Vest Hem”in futbolçusu Krisensio Summerville karyerasında dəyişiklik edəcək.

Sportal.az Niderland mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı vinger hazırda 5 klubdan rəsmi təklif alıb.

“Qalatasaray”, “Roma”, “Çelsi”, “Əl-Hilal” və “Mançester Yunayted” niderlandlı futbolçunu transfer etmək üçün mübarizəyə girişib.

Onun “Vest Hem”lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. “Feyenoord”un yetirməsi olan Summerville “Dordrext”, “Den Haaq”, “Lids” klublarında da oynayıb.
 

Xəbər xətti