Uels şahzadəsi Uilyam oğlu Corcla birlikdə Çempionlar Liqasında “Barselona” və “Aston Villa” arasında keçirilən oyunu izləmək üçün kral ailəsinin protokol qaydalarını pozub. Uilyam uzun illərdir “Aston Villa”nın azarkeşidir.
Sportal.az xəbər verir ki, noyabrın 3-də Barselonadakı “Kamp Nou” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Şahzadə Uilyam və oğlu Corc Barselonaya eyni təyyarə ilə yollanıblar. Halbuki kral ailəsinin protokoluna əsasən, taxt-tacın birbaşa varisi olan iki şəxsin eyni təyyarədə səfər etməsinə icazə verilmir. Bu qayda mümkün aviaqəza zamanı hər iki varisin həyatını itirməsi riskinin qarşısını almaq məqsədi daşıyır.
Qeyd edək ki, Çempionlar Liqasının dörd turundan sonra aktivində 9 xal olan “Aston Villa” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi

