Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən yararlanan "Şəfa" yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv "Şahdağ Qusar"la üz-üzə gəlib. Qarşılaşma I Liqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Şahdağ Qusar"ın qollarını İdir Butrif və Gülağa Əsədov vurub.
Qeyd edək ki, "Şəfa" Premyer Liqada 11 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. "Şahdağ Qusar" isə I Liqada 7 turdan sonra 18 xalla liderdir.
saytlarin hazirlanmasi

