"Qarabağ"ın futbolçusu Marko Yankoviç Monteneqro milli komandasının heyətində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi UEFA Millətlər Liqasının C Divizionunun Latviya seçməsi ilə 5-ci tur görüşündə forma geyinib.
Ağdam klubunun üzvü Podqoritsada baş tutan qarşılaşmada 90 dəqiqə meydanda olub və komandasının qələbəsində pay sahibi olub - 2:1.
İlk qolun ötürməsini edən Yankoviç 7,8 balla görüşün ən yaxşısı seçilib. Mirko Vuçiniçin rəhbərlik etdiyi kollektiv 13 xalla 2-ci qrupa liderlik edir.
saytlarin hazirlanmasi

