Liqa 1 klubunda yeni baş məşqçi

12:50 - 14 Noyabr 2026

Fransanın "Lans klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisini Didye Diqar çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Didye Diqarın son iş yeri "Havr" olub. O, "Lans"da Yannik Kayuzakı əvəzləyib.

Xəbər xətti