Bölgə klubu baş məşqçisi ilə yollarını ayırdı

16:55 - 13 Noyabr 2026

"Mingəçevir" Futbol Klubu baş məşqçi Elman Sultanovla yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub Sultanova göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Elman Sultanov mövsümün əvvəlində "Mingəçevir"in baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda I Liqada 7 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin IX pilləsində qərarlaşıb.

Xəbər xətti