"Mançester Siti" və "Mançester Yunayted" eyni futbolçunu istəyir

13:22 - 13 Noyabr 2026

"Mançester Siti" və "Mançester Yunayted"in yeni transfer hədəfi bəlli olub.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, hər iki klub “Fulhem”in futbolçusu Kalvin Bassi ilə maraqlanır.

Mançester təmsilçiləri 26 yaşlı mərkəz müdafiəçisi üçün hərəkətə keçib. “Fulhem” isə onun üçün 30 milyon funt-sterlinq əldə etməyi planlaşdırır.

İtaliyada dünyaya gələn Nigeriya millisinin üzvü 2027-ci il iyunun 30-na qədər “Fulhem”ə məxsusdur. O, “Lester”, “Reyncers”, “Ayaks” klublarında çıxış edib.
 

Xəbər xətti