Bu gün Azərbaycan milli komandası Millətlər Liqası 4-cü turunda Lixteynşteynin qonağı olacaq.
Sportal.az xəbər verir ki, Ayxan Abbasov bu gün keçiriləcək oyun üçün "23-lüy"ü bəlli edib.
Lixtenşteynlə matç üçün 4 futbolçu kənarda qalıb. Nihad Əhmədzadə, Murad Məmmədov, Namik Ələsgərov və Ağadadaş Salyanski səfərdəki görüşdə oynamayacaq.
Xatırladaq ki, Lixteynşteyn – Azərbaycan matçına Bakı vaxtı ilə 23:45-də start veriləcək.
saytlarin hazirlanmasi

