İngiltərnin "Mançester Yunayted" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ı Maurisio Poçettino çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Argentinalı mütəxəssislə imzalanacaq müqavilənin detalları açıqlanmayıb. 54 yaşlı məşqçi yeni klubundakı işinə 18 noyabr tarixində başlayacaq.
Qeyd edək ki, Maurisio Poçettinonun son iş yeri ABŞ milli komandası olub. O, "Mançester Yunayted"də dünən istefaya göndərilən Maykl Kerriki əvəzləyib.
saytlarin hazirlanmasi

