"Qurban Qurbanov "Qarabağ"ı tamamilə başqa səviyyəyə qaldırıb"

15:31 - 13 Noyabr 2026

"Qarabağ"ın ukraynalı futbolçusu Aleksey Kaşuk "Ukrainskiy futbol" nəşrinə müsahibə verib.

Sportal.az xəbər verir ki, 26 yaşlı vinger komandanın başş məşqçisi Qurban Qurbanov haqda danışıb. Kaşuk 54 yaşlı mütəxəssisin klub və ölkə futbolu üçün çox böyük işlər gördüyünü bildirib:

"O, həm futbolçu, həm də məşqçi kimi əfsanədir. Qurban Qurbanov çoxdandır ki, klub strukturunda işləyir. Dünya futbolunda az mütəxəssis bir komandada bu qədər uzun müddət qalır. Buna görə də mən ona bu planda rekordlar vurmaq üçün yalnız güc və sağlamlıq arzulaya bilərəm. Qurbanov Azərbaycan və klubun özü üçün çox iş görüb. O, yaxşı mənada bossdur. Çox böyük iş sayəsində "Qarabağ"ı tamamilə başqa səviyyəyə qaldırıb. Əgər insan bu qədər illər ərzində eyni klubdadırsa, deməli, hər şeyi düzgün edir. Nəticələr də bunun sübutudur. "Qarabağ" ardıcıl 10 ildən çox avrokubokların qrup mərhələsində oynayıb. Bu, artıq adi və asan görünməyə başlayıb. Lakin əslində hesablayın ki, komanda bunun üçün neçə təsnifat mərhələsi keçməli olub. Bu, çox çətindir və nəhəng səylər tələb edib".

Xəbər xətti