Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Millətlər Liqasının Liqa mərhələsinin oyununa təyinat alıb.
Sportal.az xəbər verir ki, o, noyabrın 15-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Belarus - Albaniya qarşılaşmasında hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşma Budapeşt şəhərində yerləşən “İllovski Rudolf” stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi

