"Mançester Yunayted" kapitanı ilə müqaviləni uzadacağına əmindir - 2 təklifi rədd etsə də...

23:06 - 13 Noyabr 2026

“Mançester Yunayted” Bruno Fernandeşlə müqaviləni uzada biləcəyinə əmindir.

Sportal.az xəbər verir ki, daha əvvəl yarımmüdafiəçinin klubun ikinci müqavilə təklifini də rədd etdiyi bildirilmişdi. Lakin ESPN-in məlumatına görə, klub rəhbərliyi bu məsələdə özünü rahat hiss edir və komandanın kapitanını heyətdə saxlamaqla bağlı narahatlıq keçirmir.

Portuqaliyalı futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Bununla belə, “Mançester Yunayted” müqaviləni daha bir mövsüm uzatmaq hüququna malikdir.

Bruno Fernandeş 2020-ci ildən İngiltərə klubunda çıxış edir. O, cari mövsüm İngiltərə Premyer Liqasında 9 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbər xətti