Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Super Lliqa təmsilçisini Uğur Uçar çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Uğur Uçarın son iş yeri sentyabrda ayrıldığı "Çorum" olub. O, "Alanyaspor"un baş məşqçisi postunda Joao Pereyranı əvəzləyib.
saytlarin hazirlanmasi

