Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında son turun oyununa çıxacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv yer aldığı D divizionun 2-ci qrupunun son turunda Lixtenşteynlə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, 23:45-də start götürəcək matçın start heyətləri artıq bəllidir.
Həmin heyətlərlə sizi tanış edirik:
Lixtenşteyn: Benjamin Büxel (k), Severin Şlegel, Maks Heppel, Yens Hofer, Marsel Büxel, Emanuel Tsünd, Alessio Hasler, Fabio Luke-Notaro, Aron Zele, Livio Mayer, Alessandro Lo Russo.
Baş məşqçi: Konrad Fünfştük.
Azərbaycan: Emil Balayev, Rahil Məmmədov, Bədavi Hüseynov (k), Rəhman Daşdəmirov, Qismət Əliyev, Rüfət Abbasov, Abdulla Xaybulayev, Oruc Məmmədov, Aleksey İsayev, Toral Bayramov, Mahir Emreli.
Baş məşqçi: Ayxan Abbasov.
saytlarin hazirlanmasi

