Millimiz Omanla qarşılaşacaq

21:35 - 13 Noyabr 2026

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iki yoxlama oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv noyabrın 14-də və 17-də saat 17:00-da Omanın U-23 milli komandası ilə üz-üzə gələcək.

“Bank Respublika Arena”da baş tutacaq oyunlar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər xətti