"Real" heyətini yeni oyunçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi "Loqrones"də çıxış edən Latif İssmanın keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Qanalı yarımmüdafiəçi 2027-ci ilin əvvəlində "Real"a qoşulacaq. 20 yaşlı futbolçu ilkin mərhələdə "kral klubu"nun B komandasında oynayacaq.
Qeyd edək ki, Latif İssman 2024-cü ilin yayından "Real"da çıxış edir. Gənc oyunçu cari mövsümdə 3-cü liqa təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 məhsuldarr ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi

