"Paçettino hər şeyə sıfırdan başladığını təsəvvür etməlidir"

23:27 - 13 Noyabr 2026

Qari Nevill Maurisio Poçettinonun “Mançester Yunayted”in baş məşqçisi təyin olunması barədə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki  “Mançester Yunayted”in sabiq müdafiəçisi öz açıqlamasında bunları qeyd edib:

“İnana bilmirəm ki, Maurisio son 13 ilə nəzər salarkən Devid Moyes, Joze Mourinyo və Lui van Qal kimi öz sahələrində çox təcrübəli və yüksək səviyyəli mütəxəssislərin gözləntiləri doğrulda bilmədiyini görməsin. Daha sonra o, Amorim və ten Haq kimi istedadlı avropalı məşqçilərin də gözləntiləri doğrulda bilmədiyinin şahidi olub. O, klubu sonsuz dərəcədə sevən, onun dəyərlərini anlayan, “Mançester Yunayted”də necə futbol oynamaq lazım olduğunu bilən, azarkeşlərin nə istədiyini başa düşən və bunu onlara çatdırmağı bacaran klub əfsanələrini də görüb. Həmin şəxslərin də uğursuzluğa düçar olduğunun şahidi olub.

O, idman direktoru və biznes sahəsində daha çox təcrübəyə malik olan Ralf Ranqnikin kluba gəlişini də görüb. Ranqnik də uğursuzluğa düçar oldu və klubun açıq ürək əməliyyatına ehtiyacı olduğunu bildirdi.

Beləliklə, son 13 ildə o, bu futbol klubunda müxtəlif tipli məşqçilərin uğursuzluqla üzləşdiyini görüb. İndi Poçettino kluba gəlib, əslində, hər şeyə sıfırdan başlamalı və bu futbol klubunu üzərində hələ heç nə çəkilməmiş boş bir kətan kimi təsəvvür etməlidir. Çünki həmin dövrdə burada çalışan hər kəs bu uğursuzluğun bir hissəsinə çevrilib”.

Xəbər xətti