Məhəmməd Salah Misir milli komandasının heyətində ən çox qol vuran oyunçu olub.
Sportal.az xəbər verir ki, "Trabzonspor"da çıxış edən Afrika Millətlər Kubokunun seçmə mərhələsində Malavi ilə keçirilən oyunda (5:0) dubl edib.
Bununla da milli komandada vurduğu qolların sayını 70-ə çatdırıb və ölkə rekordunu yeniləyib. O, 176 oyunda 69 qol vuran Hossam Hasani geridə qoyub. Salah isə bu göstəriciyə 123 matçda nail olub.
Qeyd edək ki, FIFA-nın rəsmi statistikasında isə Salahın 68 qolu var. Bu fərq bəzi yoldaşlıq görüşlərinin qurum tərəfindən rəsmi A kateqoriyalı beynəlxalq oyun kimi tanınmaması ilə bağlıdır.
saytlarin hazirlanmasi

