Xavi 7:0-lıq qələbəni şərh etdi: "Onlarla fəxr edirəm"

10:22 - 14 Noyabr 2026

Niderland milli komandasının baş məşqçisi Xavi UEFA Millətlər Liqasının 5-ci turunda komandasının Yunanıstan üzərində 7:0 hesablı qələbəsindən danışıb.

Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan ispan məşqçi komandasının böyük hesabla qalib gəlməsini bu cür şərh edib:

"Oyundan çox məmnunam. Parlaq oynadıq, hücum etməyi bilirdik, dəfələrlə boş zonalardan istifadə etdik və çoxlu qol imkanları yaratdıq. İlk hissə əla keçdi, ona görə də oyunçuları təbrik etməliyəm. Amma bu, sadəcə bir matçdır. Yaxşı işimizi davam etdirməliyik. Hələ uzun bir yol var. Amma oyunçular məşqlərdə son dərəcə səylə çalışırlar. Onlarla fəxr edirəm. Yunanıstanın, xüsusən də hücumda istedadlı oyunçuları olan çox yaxşı komandası var. Onlar ən yaxşı klublarda oynayırlar. Buna görə də bu matçda ən yaxşı formada idik. Əla və böyükhesablı qələbə oldu".

Niderland 11 xalla Millətlər Liqasının 2-ci qrupunda liderdir. Yunanıstan isə səkkiz xalla ikincidir. 

Xəbər xətti