PSJ-nin istədiyi yarımmüdafiəçi ilə yeni müqavilə imzalanacaq

16:20 - 14 Noyabr 2026

"Bayer" PSJ-nin transfer siyahısında yer alan İbrahim Mazanı satmağı düşünmür.

Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi əlcəzairli yarımmüdafiəçinin müqaviləsinin müddətini artıracaq. Bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

Mazanın 2031-ci ilin yayına kimi nəzərdə tutulan sözləşməsi daha 1 il uzadılacaq. Yeni anlaşma ilə 20 yaşlı futbolçu daha çox maaş alacaq. Gənc hücumameyilli yarımmüdafiəçinin illik 2,5 milyon avro təşkil edən əməkhaqqı 4 milyon avroya yüksəldiləcək.

Qeyd edək ki, "Bayer" İbrahim Mazanı 2025-ci ilin yayında "Herta"dan 12 milyon avroya transfer edib. Əlcəzair millisinin üzvü cari mövsümdə Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti