Azərbaycanlı futbolçu karyerasını ölkə xaricində davam etdirə bilər.
Sportal.az 1sport.az-a istinadən xəbər verir ki, "Şəfa"nın müdafiəçisi İsmayıl Zülfüqarlıya Avropadan bir neçə klubdan təklif var. Adları bəlli olmayan komandaların mövsümün sonunda futbolçuya görə Bakı təmsilçisinə rəsmi təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, Zülfüqarlı cari mövsüm "Şəfa"nın heyətində 8 oyunda meydana çıxıb və 2 məhsuldar ötürməyə imza atıb.
saytlarin hazirlanmasi

