"Mingəçevir"də yaranan maliyyə narazılığı aradan qaldırılıb.
Sportal.az 1Sport.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi komanda üzvləri ilə görüşərək danışıqlar aparıb. Rəsmilər futbolçulara 2 aylıq maaşların noyabrın 20-dək ödəniləcəyinə dair söz veriblər.
Bundan sonra komanda üzvləri etirazı dayandıraraq yenidən məşqlərə çıxmağa razılaşıblar.
Xatırladaq ki, daha əvvəl maaşların ödənməməsi səbəbindən futbolçular I Liqanın VII turunda "Şahdağ Qusar"a qarşı oyuna çıxmaqdan imtina etmişdilər. Nəticədə komandaya texniki məğlubiyyət verilmiş və klub AFFA tərəfindən 3000 manat cərimələnmişdi.
saytlarin hazirlanmasi

