"Çelsi"də çıxış edən Pedru Netu gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klublarının transfer siyahısında yer alan portuqaliyalı vinger Londonda qalacaq. 26 yaşlı futbolçu klubu tərk etməyəcəyini bildirib:
"Çelsi"ni çox sevirəm və fikrim tamamilə buradadır. Digər ssenarilər haqqında heç bir fikrim yoxdur".
Qeyd edək ki, "Çelsi" Pedru Netunu 2024-cü ilin yayında "Vulverhempton"dan 60 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi

