"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər

16:37 - 14 Noyabr 2026

"Mançester Yunayted"in hücumçusu Coşua Zirkze İtaliya A Seriyasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Napoli" niderlandlı forvardın xidmətində maraqlıdır. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

Neapol klubu Zirkzeni yanvarda heyətinə qatmaq istəyir. "Napoli" 25 yaşlı futbolçunu satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, "Mançester Yunayted" Coşua Zirkzeni 2024-cü ilin yayında "Bolonya"dan 42,5 milyon avroya transfer edib. Niderland millisinin üzvü cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti