Norveç millisinin hücumçusu Erlinq Haaland alman futbolunun əfsanəsi Gerd Müllerin nailiyyətini təkrarlayıb.
Sportal.az xəbər verir ki, norveçli forvard Millətlər Liqasının 5-ci turunda Uels yığmasına qarşı keçirilən görüşdə fərqlənib. Qarşılaşmanın 88-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Haaland hesabı 3:1-ə çatdırıb.
Bununla da “Mançester Siti”nin hücumçusu milli komandanın heyətində keçirdiyi 60 oyunda vurduğu qolların sayını 66-ya yüksəldib.
Haaland 1974-cü ildə bu göstəriciyə imza atan Gerd Müllerdən sonra Avropada eyni nailiyyəti əldə edən ilk futbolçu olub.
saytlarin hazirlanmasi

