U-17 millimiz də məğlub oldu

00:45 - 15 Noyabr 2026

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi (U-17) 2027-ci il Avropa çempionatının birinci seçmə mərhələsində növbəti qarşılaşmasına çıxıb.

Sportal.az xəbər verir ki, 2-ci qrupda mübarizə aparan yığmamız ikinci turda Şimali İrlandiya millisi ilə üz-üzə gəlib. Görüş rəqib komandanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk turda Almaniyaya 0:7 hesabı ilə uduzan Azərbaycan millisi bununla da ardıcıl ikinci məğlubiyyətini alıb. Komandamız qrupdakı son oyununu noyabrın 17-də Litvaya qarşı keçirəcək.

İki turdan sonra Almaniya 6 xalla qrup lideridir. Litva və Şimali İrlandiyanın hərəyə 3 xalı var. Azərbaycan yığması isə xalsız olaraq sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti