Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi (U-19) 2027-ci il Avropa çempionatının birinci seçmə mərhələsinin 2-ci qrupunda növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, yığmamız ikinci tur çərçivəsində Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk görüşündə Monteneqroya 2:7 hesabı ilə məğlub olan Azərbaycan millisi növbəti matçını noyabrın 17-də Farer adalarına qarşı keçirəcək. Qrupun bütün qarşılaşmaları Serbiyanın paytaxtı Belqradda təşkil olunur.
İki turdan sonra Serbiya və Monteneqro hərəyə 6 xalla turnir cədvəlinə başçılıq edir. Azərbaycan və Farer adaları isə hələlik xal qazana bilməyib.
saytlarin hazirlanmasi

