UEFA "Qarabağ"la matçda ÇSKA-ya bunu icazə verməyə bilər

15:34 - 19 İyul 2026

Bolqarıstanın ÇSKA(Sofiya) klubu Avropa Liqasının ikinci təsnifat mərhələsinin Bakıda “Qarabağ”a qarşı oynayacaq görüşündə dəstəksiz qalacaq.

Sportal.az xəbər verir ki, UEFA 1-ci təsnifat mərhələsində ÇSKA və "Derri Siti"(İrlandiya) klublarının Dublindəki görüşündə  azarkeşlərlə bağlı baş verən hadisələrdən sonra intizam tədbirləri görməyə başlayıb. 

Xüsusilə, UEFA iyulun 23-də "Qarabağ"la keçiriləcək oyun üçün ÇSKA-nın iş üzrə yekun qərar qəbul edilməyə kimi, azarkeşlərinə səfər biletlərinin satılmamasını tövsiyə edib. 
"Dnes.bg" portalı iddia edir ki, ÇSKA(Sofiya) azarkeşlərinin Azərbaycandakı oyuna buraxılmasını təmin etmək üçün əlindən gələni edəcək. Klub Derridəki hadisə ilə bağlı arqumentlərini UEFA-ya təqdim edib. O cümlədən ev sahiblərinin təhlükəsizlik tədbirləri, şərtləri və matçın ümumi keçirilməsi ilə bağlı mövqeyini, yerli hakimiyyət orqanlarının ev sahiblərinin və yerli hakimiyyət orqanlarının matçın idarə olunması ilə bağlı mövqeyini də quruma göndərib.

Eyni zamanda, ÇSKA azarkeşləri matç zamanı bütün təcavüzkarlıq, nalayiq davranış və xuliqanlıq nümayişlərini qəti şəkildə pisləyib: "Sadiq azarkeşlərimizi hər hansı bir ədəbsiz nümayişdən, eləcə də irqçi və ya ayrı-seçkilik xarakterli davranışdan çəkinməyə çağırırıq".

"Qarabağ" və ÇSKA klubları arasında ilk oyun iyulun 23-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə 20:00-da start veriləcək.
 

Xəbər xətti