Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın da potensial rəqibi açıqlanacaq.
Ağdam təmsilçisi Avropa Liqasında II təsnifat mərhələsində ÇSKA-nı (Sofiya, Bolqarıstan) keçərsə, aşağıdakı komandalardan biri ilə düşəcək:
“Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi.
“Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) cütünün məğlubu.
“Fənərbaxça” (Türkiyə) – “Qurnik” (Polşa) cütünün məğlubu.
Püşkatma mərasimi bu gün saat 15:00-da başlayacaq.
saytlarin hazirlanmasi
