"Fənərbaxça"da oynamış forvard "Benfika"da

11:34 - 21 İyul 2026

"Benfika" "Qalatasaray"a keçəcəyi iddia edilən Con Duranla anlaşıb.

Sportal.az xəbər verir ki, Kolumbiya millisinin forvardı "Əl-Nəsr"dən klubundan satınalma şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.

22 yaşlı forvard ötən mövsümün ilk yarısını icarə əsasında “Fənərbaxça”da keçirmişdi.

Qış fasiləsində isə kolumbiyalı "Zenit"lə anlaşmışdı. "Əl-Nəsr"ə məxsus olan Duran "Benfika" forması ilə ictimaiyyətə artıq təqdim olunub.

22 yaşlı hücumçu "Aston Villa", "Enviqado", "Çikaqo Fayr" klublarında oynayıb.

Xəbər xətti