"Səbail" Türkiyəyə gedəcək

19:56 - 23 İyul 2026

“Səbail” 2026–2027-ci il mövsümü üçün hazırlıqlara iyulun 27-də start verəcək.

Sportal.az xəbər verir ki, komanda baş məşqçi Elnur Abdullayevin rəhbərliyi altında təlim-məşq toplanışının ilk mərhələsini Bakıda keçirəcək.

Hazırlığın ikinci mərhələsi isə Türkiyədə baş tutacaq. Komanda 10–25 avqust tarixlərində Bolu bölgəsində təlim-məşq toplanışında olacaq. “Səbail” bu müddət ərzində “Bolu Termal Hotel”də məskunlaşacaq və hazırlıq proqramı çərçivəsində bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır.

Yoxlama görüşlərinin tarixləri və rəqiblər dəqiqləşdikdən sonra əlavə məlumat veriləcək.

Xəbər xətti