"Neftçi"nin kapitanı Emin Mahmudov Konfrans Liqasının seçmə mərhələsinin ikinci turunun “Dinamo”(Minsk) klubuna qarşı keçirilmiş ilk oyunu haqda danışıb.
Sportal.az saytına açıqlama verən Mahmudov komandasının məğlubiyyətini bu cür şərh edib: “Bu, ilk dəfə deyil. Bilmirəm nə ilə bağlıdır. Bəlkə də rahatlıq oldu. Üstünlüyü ələ keçirdikdən sonra oyunun əsas mövzusunu itirdik. Bizi bu qədər yaxşı dəstəkləyən azarkeşləri məyus etdik. Ona görə də onlardan üzr istəyirəm. Çoxlu qol şanslarımız oldu və daha yaxşı nəticə əldə edə bilərdik. İnanıram ki, cavab matçında cütün gedişatını dəyişə bilərik. Hesabda 2:0 öndə olduqdan sonra özümüzə həddindən artıq güvəndik. Oyunun taleyini həll etdiyimizi düşündük. Cavab oyununa diqqət yetirməliyik. Hələ heç nə bitməyib".
Mahmudov komandanın müdafiə planında buraxdığı səhvlərə də münasibət bildirib: “Bu haqda bir şey deyə bilmərəm. Təkrar edirəm, görünür ki, rahatladıq. Əsas məsələ budur. Müdafiədə daha diqqətli olmalıyıq. Şanslarımızdan yararlanmalıyıq. Başımızı aşağı salmamalıyıq. Azarkeşlərə cavab oyununda ödəməli olduğumuz bir borcumuz var".
Mirbağırağa
saytlarin hazirlanmasi
