"Aston Villa" üçün Aleksandro Qarnaçonun transferinin maliyyə detalları məlum olub.
Sportal.az xəbər verir ki, Birmingem təmsilçisi "Çelsi"nin cinah oyunçusunu icarəyə götürmək və müəyyən şərtlər yerinə yetirilərsə məcburi satınalma maddəsini işə salmaq niyyətindədir.
Qarnaço artıq “Aston Villa” ilə 4 illik müqavilənin ilkin şərtlərini razılaşdırıb. İcarə haqqı və sonrakı satınalma məbləği daxil olmaqla transferin ümumi dəyərinin təxminən 50 milyon avro olacağı gözlənilir. Bu məbləğ “Çelsi”nin futbolçu üçün müəyyən etdiyi qiymətlə üst-üstə düşür.
Qarnaço ötən mövsüm İngiltərə Premyer Liqasında 24 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
