Bu gün "Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri öz oyunlarını keçiriblər.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinə yüksələrsə, rəqibi böyük ehtimalla "Makkabi"(Tel-Aviv) olacaq. İsrail klubu ilk oyunda səfərdə Moldovanın "Şeriff" klubunu 5:0 hesabı ilə darmadağın edib.
Əgər “Qarabağ” Avropa Liqasının 3-cü təsnifat mərhələsinə yüksələ bilməsə, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki "Dinamo"(Kiyev) – PAOK cütünün məğlubu ilə qarşılaşacaq.
Bu cütün ilk oyunu Yunanıstan klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi
